Xəbər lenti
18-11-2024, 12:06
 

Nərimanov rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub FOTOLAR

Tarix: 20-09-2024 16:02     Baxış: 371

Sentyabrın 20-də Bakı şəhər Nərimanov rayon prokurorluğunun yeni inzibati binası istifadəyə verilib.

Mubarizciler.az ın məlumatına görə, Açılış mərasiminə Baş prokurorluğun rəhbərliyi, prokurorluq əməkdaşları, Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı, həmçinin digər dövlət və hüquq mühafizə orqanlarının əməkdaşları və media nümayəndələri qatılıb. 

Əvvəlcə tədbir iştirakçıları yeni inzibati binanın foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq, dahi insanın unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirib.

Tədbiri giriş sözü ilə açan Baş prokuror qeyd edib ki, milli prokurorluq orqanlarının bu gün dünya standartlarına uyğun fəaliyyəti qanunçuluq, hər kəsin qanun qarşısında hüquq bərabərliyi, insan və vətəndaş hüquqlarının təmin olunması prinsiplərinə əsaslanan, demokratik cəmiyyətdə özünəməxsus yer tutan orqan kimi formalaşması və prokurorluq orqanlarının konstitusion statusa malik olmaqla dövlət idarəetməsində mühüm əhəmiyyət daşıması ulu öndər Heydər Əliyevin rəhbərliyi altında başlanan və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən hüquq islahatları və hərtərəfli dövlət dəstəyi nəticəsində mümkün olub.

Nərimanov rayon prokurorluğunun inzibati binasının istifadəyə verilməsi çox əlamətdar bir günə-Dövlət Suverenliyi Gününə təsadüf etdiyini qeyd edən Baş prokuror 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin edildiyini, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz və suverenliyimizin xalqımızın milli sərvəti olduğunu diqqətə çatdırıb.

Prokurorluq orqanlarının yaradılmasının 106-cı ildönümü ərəfəsində daha bir yeni inzibati binanın istifadəyə verilməsini Prezident cənab İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğısının göstəricisi olduğunu vurğulayan Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.

Bundan başqa Baş prokuror prokurorluq orqanlarında aparılan kompleks islahatlar və sağlam iş mühitinin formalaşdırılması məqsədilə görülən məqsədyönlü tədbirlərdən söz açıb.

Yeni binanın istifadəyə verilməsini prokurorluq əməkdaşlarının əməyinə verilən yüksək qiymət kimi dəyərləndirən Baş prokuror Azərbaycan dövlətinin inkişafı naminə bundan sonra da böyük səylə çalışacaqlarını bildirərək kollektivə uğurlar arzu edib. 

Tədbir zamanı çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev inşa edilmiş yeni inzibati binanın paytaxtın arxitektur quruluşuna yeni töhfə verdiyini bildirərək məmnunluğunu ifadə edib, yeni inzibati binada prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraitinin fəaliyyətə müsbət təsir edəcəyindən əminliyini bildirib.

Daha sonra iştirakçılar Nərimanov rayon prokurorluğu üçün yeni tikilmiş binada yaradılan şəraitlə tanış olub, prokurorluq orqanlarının istifadəsinə verilmiş, müasir standartlara cavab verən və kriminalistik avadanlıqlarla təchiz olunmuş yeni inzibati binaya baxış keçirib. 

Sonda xatirə fotoşəkli çəkilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar