Adil Əliyev növbəti səyyar qəbul keçirdi FOTOLAR
Sentyabrın 19-da Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev 317 saylı tam orta məktəbdə Zığ qəsəbəsinin sakinləri ilə görüşüb.
Mubarizciler.az xəbər verir ki, Səyyar görüşdə RİHB-nin müavinləri və şöbə müdirləri, dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak ediblər.
RİH başçı Adil Əliyev səyyar görüş-qəbulda sakinləri narahat edən məsələlərə aydınlıq gətirib, müxtəlif sahələrlə bağlı qaldırdıqları məsələlərin həlli istiqamətində aidiyyəti üzrə tapşırıqlar verib və onların həlli nəzarətə götürülüb.
Qəsəbə sakinləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Həmçinin RİH başçısı Adil Əliyev səyyar görüşdə uzun illər 114 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmış Novruzova Ceyran Kamal qızını və 87 saylı tam orta məktəbin direktoru vəzifəsində çalışmış Ələkbərova Elmira Fəxrəddin qızını təhsil sahəsində uzun müddət səmərəli fəaliyyətlərinə və rayonun ictimai-siyasi həyatında fəal iştiraklarına görə Rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif edib.
Çalışdıqları müddətdə peşələrini ləyaqətlə təmsil etmiş, peşəkarlıqları və yüksək insani keyfiyyətləri ilə seçilərək kollektiv və ictimaiyyət arasında böyük hörmət qazanmış hər iki direktora RİH başçısı uzun və sağlam ömür diləyib.
Xəbəri paylaş