Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Prezidentin görüşündə o incə detal - FOTO

Tarix: 17-09-2024 21:06     Baxış: 875

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyev Əlcəzairin ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Zəkiyyə İğılın etimadnaməsini qəbul edib.

Mubarizciler.az ın məlumatına görə, rəsmi görüşün görüntülərində maraqlı məqam ortaya çıxıb.

Belə ki, həm dövlət başçısının, həm də səfirin masasında Kəlbəcər rayonunda istehsal olunan “İstisu” mineral suyu da yer alıb. Rəsmi qəbullarda bu brendin yer alması Vətən müharibəsində qazanılan qələbəni tərənnüm edən rəmzlərdən biri kimi qiymətləndirilir.

Qeyd edək ki, bu ilin sentyabrın 2-də Kəlbəcər rayonunda “İstisu” mineral su zavodunun açılışı olub. Zavod Kəlbəcərin müstəsna keyfiyyəti və sağlamlığa faydaları ilə tanınan termal su yatağından çıxan eyniadlı suyunu 30 illik müddətdən sonra yenidən istehlakçılara təqdim edib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar