Balakəndə Polis Akademiyasında təhsil almaq arzusunda olan şagirdlər üçün Xüsusi Təyinatlı sinifin açılışı olub FOTOLAR
16 sentyabr 2024-cü il tarixində tədris göstəriciləri, dünyagörüşü və fiziki hazırlıq səviyyəsi ilə fərqlənən, ilkin olaraq daxili işlər orqanlarında xidmətə və təhsilə yararlı X sinif şagirdlərindən ibarət xüsusi təyinatlı sinifin fəaliyyətə başlaması məqsədilə Balakən rayonunun müxtəlif məktəblərində təhsil alan X sinif şagirdlərindən ibarət xüsusi təyinatlı sinfin açılış mərasimi oldu.
Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Tədbridə Rayon polis şöbəsinin rəhbərliyi, icra hakimiyyəti və təhsil sektorunun rəhbərliyi, habelə şagird valideynləri iştirak etmişdir.
Polis Akademiyasında təhsil almaq arzusunda olan şagirdlərin xüsusi fənlər üzrə hazırlanması məqsədilə fəaliyyət göstərəcək xüsusi təyinatlı sinif Balakən rayon Nizami adına 1 nömrəli tam orta məktəbin bazasında yaradılmışdır.
Növbəti illərdə şagirdlərin ixtisas seçimində Polis Akademiyasına üstünlük verməsinin təmin edilməsi, eləcə də daxili işlər orqanlarında xidmətin və təhsilin şərtlərinə uyğun gələn gənclərin öz üzərlərində planlı çalışmasının nəzarətdə saxlanılması məqsədilə tam orta məktəblərdə xüsusi təyinatlı siniflərin yaradılması istiqamətində tədbirlər həyata keçirilmiş, bu işə pilot layihə kimi ilkin olaraq Balakən rayonundan başlanılmışdır.
Açılış mərasiminə onlayn olaraq qoşulan Polis Akademiyasının rəisi, polis general-mayoru Canpolad Daanov iştirakçıları salamlayaraq yeni tədris ilinin başlanması münasibətilə təbriklərini çatdırmış, polis olmaq istəyində olan şagirdlərə bu çətin, amma şərəfli yolda uğurlar arzulamışdır. Həm valideynlər, həm də gənclərin Daxili işlər nazirliyi tərəfindən yaradılmış bu imkandan düzgün və layiqincə bəhrələnmələrini tövsiyyə etmişdir.
Xüsusi təyinatlı sinifin açılışı rayon ictimaiyyəti və təhsilalanlar tərəfindən böyük maraqla qarşılanmışdır.
Xəbəri paylaş