Xəbər lenti

Xaçmaz Polisi şagirdlərlə görüşüb FOTOLAR

Tarix: 17-09-2024 13:09     Baxış: 3 115

Xaçmazda gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı tədbir keçirilib.

Xaçmaz Rayon Polis Şöbəsində DİN-in Şəxsi Heyətlə İş İdarəsinin,, eləcə də Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə yuxarı sinif şagirdlərinin, hərbi xidməti başa vurmuş gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi ilə bağlı tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Görüş iştirakçılarına polis və Polis Akademiyasının tarixi, yeniyetmə və gənclərimizin DİN sistemində təhsilə təşviq edilməsi, sağlam həyat tərzinin təbliği, eləcə də onlarda vətənpərvərlik hissinin daha da yüksəldilməsi istiqamətində söhbətlər aparılıb.

Sonda iştirakçıların sualları cavablandırılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar