Goranboyda Şəhid Səfiyar Elşən oğlu Məmmədovun anım mərasimi qeyd edilib FOTOLAR
Anım mərasimində Goranboy Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, hüquq-mühafizə orqanlarının əməkdaşları, Qızılhacılı Qəsəbə İcra Nümayəndəliyi, Rayon ziyalıları, ictimaiyyət nümayəndələri, Şəhid ailələri, Şəhidin döyüş yoldaşları, məktəblilər və qəsəbə sakinləri iştirak etmişdir.
Mubarizciler.az xəbər verir ki, Rəsmilər ilk öncə Balakürd kənd qəbristanlığına gələrək Şəhidimizin məzarını ziyarət etmiş, ruhlarına dualar oxunaraq əziz xatirələri ehtiramla yad edilib.
Anım mərasimində Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevin adından Şəhid ailəsinə dərin hüzünlə başsağlığı verərək Şəhidimizə uca Allahdan rəhmət ailəsinə səbir diləmişdir.
Seymur Nazarov Azərbaycan Ordusunun qüdrətindən danışaraq onların keçdikləri şərəfli döyüş yolundan söhbət açdı.
Sonda Şəhid anası onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab Ilham Aliyev ə və Birinci vitse-prezident xanım Mehriban Əliyeva sonsuz minnətdarlığını bildirdi. Eyni zamanda daim bütün Şəhid ailələrini diqqət mərkəzində saxlayaraq qayğıları ilə maraqlanan Goranboy Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Məhərrəm Quliyev başda olmaqla bütün əməkdaşlarına minnətdarlığını bildirdi.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçusu Məmmədov Səfiyar Elşən oğlu 1 yanvar 2002-ci ildə Bərdə şəhərində anadan olub. Goranboy rayonu İnternat məktəbinin məzunudur.
Azərbaycan Ordusunun əsgəri olan Məmmədov Səfiyar Elşən oğlu 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məmmədov Səfiyar “Vətən uğrunda” medalı ilə tətif edilib.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Məmmədov Səfiyar III dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə tətif edilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Xəbəri paylaş