Xəbər lenti

Rəşad Məmmədovun rəhbərliyi ilə Pedaqoji Şuranın iclası keçirilib FOTOLAR

Tarix: 14-09-2024 23:12     Baxış: 2 737

14 sentyabr 2024 -cü il tarixdə Goranboy rayon  Qaradağlı kənd Mübariz Səfərov adına tam orta məktəbdə  2024/2025-ci tədris ilinin ilk  Pedaqoji Şura iclası keçirilib.

Şəhidlərimizin əziz və unudulmaz xatirəsi  bir dəqiqəlik sükutla yad edildi. 

Mubarizciler.az xəbər verir ki, Şuranın sədri məktəbin direktoru Rəşad Məmmədov iclası çıxış sözü ilə açaraq yeni dərs ili münasibətilə müəllim kollektivini təbrik etdi, bol-bol uğurlar,nailiyyətlər arzuladı.

  Daha sonra 2023/2024-cü tədris ilinin  yekunları , yeni dərs  ilində qarşıda duran vəzifələr barədə geniş məlumatlar verildi. Xüsusilə də tədrisin keyfiyyətinin yüksəldilməsi prioritet istiqamət kimi müəyyənləşdirilərək qəbul edildi.

IV və VI siniflərdə keçirilmiş monitorinq imtahan nəticələri müzakirə olundu.Fərqlənən fənn müəllimləri məktəb rəhbərliyi  tərəfindən Fəxri Fərmanla təltif edildi.Fikir mübadiləsi aparılaraq nöqasanların aradan qaldırılması barədə tövsiyyə,tapşırıqlar əsasında qərarlar qəbul olundu.

 Pedaqoji Şurada 2024/2025-ci dərs ilində müəllimlər arasında aparılan dərs bölgüsü,  məktəb rəhbərləri arasında fuksional vəzifə bölgüsü , fənn metodbirləşmə rəhbərlərinin təyin olunması, məktəb rəhbərlərinin iş planlarının təsdiqi, dərsliklərlə təminat, şagirdlərin məktəbli formaları ilə təminatı, şagird davranış qaydaları,təhsilverənlərin etik davranış qaydaları və digər gündəlikdə duran məsələlər  müzakirə edildi.Fikirlər və təkliflər dinlənildi, müzakirələr aparıldı. Müəyyən  tövsiyyələr və tapşırıqlar verildi .



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar