Xəbər lenti
14-09-2024, 21:36
 

"Təhsil ailəmizə xoş gəlmişsiniz" adlı tədbir keçirilib FOTOLAR

Tarix: 13-09-2024 21:35     Baxış: 469

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 2024-2025-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müddətsiz əsaslarla ümumtəhsil məktəblərinə təyin olunan müəllimlərin iştirakı ilə tədbir keçirilib.

Mubarizciler.az xəbər verir ki, Tədbirdə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, idarə əməkdaşları, GDRTİ-nin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinə 2023-2024-cü tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə müddətsiz əsaslarla ümumtəhsil məktəblərinə təyin olunan müəllimlər iştirak ediblər.

Tədbirdə Anar Qədiməliyev çıxış edərək yeni işə təyin olunan müəllimlərin adaptasiya prosesi barədə danışıb. Müəllimlərin stimullaşdırılması, peşəkarlığının artırılması və müəllim nüfuzunun yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb.

Tədbirin davamında müəllimləri maraqlandıran suallar cavablandırılıb. Sonda xatirə şəkli çəkilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar