Xəbər lenti

Orxan Abbasov vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

Tarix: 13-09-2024 16:57     Baxış: 693

Sentyabrın 13-də Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib.

Mubarizciler.az xəbər verir ki, Qəbulda Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.

Sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlər barədə müraciət və təklifləri fərdi qaydada dinlənilib. 

İcra başçısı Orxan Abbasov qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Bir çox məsələlər  yerində həll edilib. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq aidiyyəti üzrə göndərilməsi üçün nəzarətə götürülüb.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar