Xəbər lenti
21-06-2026, 19:21
 
21-06-2026, 19:17
 

Baş prokuror Kürdəmir rayonunda vətəndaşları qəbul edib - FOTO

Tarix: 11-02-2023 00:56     Baxış: 1 275

Baş prokuror Kürdəmir rayonunda vətəndaşları qəbul etmişdir


Fevralın 10-u Baş prokuror Kamran Əliyev Kürdəmir rayon prokurorluğunun inzibati binasında Kürdəmir, Ağdaş, Ucar, Zərdab, Ağsu, Göyçay, həmçinin, digər rayonlardan olan vətəndaşları qəbul etmişdir.

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.


Qəbuldan əvvəl Baş prokuror xalqımızın Ümummilli Lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etmişdir.

Qəbulda iştirak edən 58 vətəndaşın müraciətində qaldırdıqları məsələlərin, o cümlədən konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi ilə bağlı, mülki xarakterli mübahisələrlə əlaqədar və sosial problemlərə aid müraciətlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər vermişdir.

Qəbuldan sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar vermiş, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırmışdır.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar