Xəbər lenti
14-09-2024, 21:36
 

Elçin Tağıyev Şəhid Elşad Süleymanovun valideyinlərini ziyarət edib FOTOLAR

Tarix: 13-09-2024 11:02     Baxış: 714

İctimai-siyasi fəal Elçin Tağıyev Goranboy rayon Qızılhacılı qəsəbə sakini 2023-cü Antiterror əməliyyatından düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına Şəhid olmuş Elşad Məhəmməd oğlu Süleymanovun valideyinlərini ziyarət edib.

Şəhid valideyinləri ilə həmsöhbət zamanı onların keçdikləri şərəfli döyüş yolundan söhbət açıldı.

Mubarizciler.az xəbər verir ki, Şəhid atası Məhəmməd Süleymanov onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya sonsuz minnətdarlığını bildirdi. Eyni zamanda daim onların qayğıları ilə maraqlanan, səsləndirdikləri problemlərin həlli istiqamətində müvafiq addımlar atılaraq dəstəyini əsirgəməyən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyevə təşəkkürünü ifadə etdi.

Sonda Şəhid Elşad Süleymanovun Ev Muzeyinə Şəhidimizin şəkli əks olunmuş "Şəhid Xatirə Tablosu" tərəfimizdən təqdim edildi.

Süleymanov Elşad Məhəmməd oğlu 19 yanvar 1994- cü ildə Goranboy rayonu Qızılhacılı qəsəbəsində anadan olmuşdur. Orta təhsilini 1 saylı Qızılhacılı tam orta məktəbində almışdır.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu olan Süleymanov Elşad Məhəmməd oğlu Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Ağdərə rayonu istiqamətində gedən döyüşlərdə şəhid olmuşdur.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu Süleymanov Elşad Məhəmməd oğlu Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Vətən uğrunda” medalı və   3-cü dərəcəli “Vətənə xidmətə görə”  ordeni ilə təltif edilmişdir.  

Ailəli idi, Vətənə yadigar 2 övladı qalmışdır.

Şəhid Süleymanov Elşad Goranboy rayonu Balakürd kənd Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar