Xəbər lenti
25-07-2026, 19:27
 

İngiltərə Premyer Liqasından Türkiyədə zəlzələ qurbanlarına dəstək

Tarix: 11-02-2023 00:06     Baxış: 1 311



İngiltərə Premyer Liqasının rəhbərliyi Türkiyədə zəlzələdə həyatını itirənlərin xatirəsini yad edəcək.

Bu məqsədlə oyunçular liqanın bu həftə oynanılacaq matçlarına qara lentlə çıxacaq və zəlzələ qurbanlarına maddi yardım ediləcək.


Bu barədə Premyer Liqadan açıqlama verilib.

“Premyer Liqa Türkiyə və Suriyada minlərlə insanın ölümünə səbəb olan dağıdıcı zəlzələlərdən dərin kədər hissi keçirir. Premyer Liqa oyunçuları və hakimlər bu faciəvi hadisələrdə zərər çəkənlərə və həyatını itirənlərə hörmət əlaməti olaraq bu həftəsonu oynanılacaq matçlarda qollarına qara sarğı taxacaqlar”, - deyə açıqlamada qeyd edilib.

İngiltərə Premyer Liqası rəhbərliyi həmçinin bildirib ki, Türkiyə və Suriyada zəlzələdən zərər çəkənlərə 1 milyon funt sterlinq maddi yardım ediləcək.

Mənbə: Haber Global



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar