Xəbər lenti
14-09-2024, 21:36
 

Ali məktəbə yüksək balla qəbul olan məzunlarla görüş FOTOLAR

Tarix: 11-09-2024 15:51     Baxış: 287

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə ali məktəbə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, tədbirdə ŞİH-nin başçısı Vüqar Novruzov, ŞPŞ-nin rəisi, ali tədris müəssisələrinə yüksək balla qəbul olan məzunlar iştirak edib.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilərək xatirəsi böyük ehtiramla anılıb.

Görüş zamanı icra başçısı Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsil sahəsində aparılan islahatlardan, təhsil sistemimizin dünya təhsil sisteminə inteqrasiya olunmasından söhbət açıb. Tələbə adını qazanan gəncləri təbrik edən icra başçısı onlara uğurlar arzulayıb, müəllimlərinə və valideynlərinə səmimi təbriklərini çatdırıb.

Gənclər onlara göstərilən qayğıya, yaradılan hərtərəfli şəraitə görə ölkə rəhbərinə, görüşün təşkil edilməsində göstərdiyi diqqətə görə icra başçısına, həmçinin yüksək nəticə əldə etdikləri üçün müəllimlərinə minnətdarlıqlarını ifadə ediblər.

Tələbə adını qazanmış gənclərə xatirə hədiyyələri təqdim edilib.






Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar