Xəbər lenti
14-09-2024, 21:36
 

Gəncədə Ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib FOTOLAR

Tarix: 10-09-2024 21:47     Baxış: 385

Ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərən məzunlarla görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Gəncə Şəhərində 2023-2024-cü tədris ilində keçirilən qəbul imtahanlarında 670-dən yüksək bal toplayan məzunlarla görüş keçirilib.

Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Dövlət İmtahan Mərkəzinin Gəncə Regional Bölməsinin müdiri Nəsimi Məmmədov, DİİXİHİ Gəncə şəhər komitəsinin sədri Mahmud Fərzəliyev, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının və Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin məsul əməkdaşları iştirak ediblər.

Tədbirdə iştrak edən rəsmilər məzunları təbrik edib, onlara öz tövsiyələrini verib və bundan sonrakı həyatlarında uğurlar diləyiblər.

Çıxış edən məzunlar bundan sonra daha fəal çalışaraq respublikamızın adını daim zirvəyə qaldıracaqlarını bildiriblər.

Görüşün sonunda məzunlara hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 2023/2024-cü tədris ilində keçirilən qəbul imtahanında Gəncə şəhəri üzrə 10 məzun 670-dən, 19 məzun 650-dən, 72 məzun isə 600-dən yüksək  baş toplayıblar.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar