Xəbər lenti
22-09-2024, 20:46
 
22-09-2024, 20:43
 

Fərid Şərifov: Türkiyə Azərbaycan qardaşlığı, birliyi bütün dünya üçün nümunədir

Tarix: 10-02-2023 22:59     Baxış: 2 840


 Türkiyə Azərbaycan qardaşlığı, birliyi bütün dünya üçün nümunədir


Türkiyədə çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyasının böyük əhəmiyyəti vardır.Türkiyə Azərbaycan qardaşlığı, birliyi bütün dünya üçün nümunədir.Prezident İlham Əliyevin Türkiyənin Azərbaycandakı səfirliyinə gedərək başsağlığı verməsi, ölkəmizin və xalqımızın qardaş Türkiyənin yanında olmasını ifadə etməsi, eləcə də dövlət qurumları ilə yanaşı, sadə vətəndaşlarımızın da yardım kampaniyasına qoşulması xüsusi qeyd etmək lazımdır. Prezident İlham Əliyev səfirliyi ziyarət edərkən matəm kitabında bu sözləri yazmışdır: “Bu dəhşətli zəlzələ bizi çox sarsıtdı. Yəni, hər birimizə böyük mənəvi əzab verdi. Biz qardaşlarımızın dərdinə şərikik. Yaralılara tezliklə Allahdan şəfa diləyirik”,


Azərbaycan Prezidentinin göstərişi ilə SOCAR da zəlzələnin fəsadlarının aradan qaldırılması işinə dəstək verməyə başlayıb. Bu şirkət, eyni zamanda, Türkiyə şirkətidir və əlində olan bütün imkanlarla yardım etməyə çalışır.


Burada Azərbaycan respublikasının 1-ci vitse prezidenti Mehriban xanım Əliyevanın tapşırığına əsasən Heydər Əliyev Fondunun dəstəyini qeyd etmək istəyirəm.

Mehriban xanım Əliyevanın tapşırığı ilə Heydər Əliyev Fondu faciədən zərər çəkmiş şəxslər üçün müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər göndərəcək. Türkiyəyə göndəriləcək humanitar yardım Fondun Türkiyəyə ezam edilən əməkdaşları tərəfindən zəlzələ bölgəsində faciədən zərər çəkmiş vətəndaşlara çatdırılacaq.


Həmçinin dövlət qurumları ilə yanaşı, sadə vətəndaşların və QHT-lərin də humanitar yardım aksiyasında fəal iştirak etdikləri, toplama məntəqələrinə fasiləsiz yardımlar gətirdikləri vurğulamaq istərdim. Bildirmək istəyirəm ki, Bu çətin gündə qardaş Türkiyə ilə həmrəylik rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binasının Türkiyənin Dövlət Bayrağı rəngində işıqlandırılıb.


Türkiyədə baş vermiş zəlzələdə dövlətimiz, Azərbaycan xalqı olaraq uşaqdan böyüyə hərkəs qardaş ölkə üçün dəstək nümayiş etdirərək birlik ətrafında birləşmişdir.

Mən Fərid Şərifov bir gənc olaraq bildirmək istəyirəm ki Azərbaycancan gəncləri Heydər Əliyev fondunun təşəbbüsünə qoşularaq vətəndaşlıq borcunu yerinə yetirirlər.

Dövlətimiz və xalqımız Türkiyənin yanındadır.

Mən bir gənc olaraq bildirmək istəyirəm ki Türkiyənin acısı acımız, sevinci sevincimizdir

Azərbaycan Türkiyə, Bir Millət İki Dövlət.


Varolsun Hörmətli Cənab Prezident İlham Əliyev

Varolsun Hörmətli vitse prezident Mehriban xanım Əliyeva

Tanrı Azərbaycanı Türkiyəni qorusun.

Yaşasın Türkiyə Azərbaycan qardaşlığı


Hörmətlə YAP-ın üzvü, Xətai Rayon İcra Hakimiyyətinin könüllüsü, İDEA İctimai Birliyin üzvü və könüllüsü, 1-ci Vitse Prezident Mehriban xanım Əliyevanın könüllüsü, QEYD Sosial Maarifləndirmə İctimai Birliyin üzvü, Ulutv.İnfo xəbər portalının əməkdaşı Fərid Şərifov



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar