Xəbər lenti

Biləsuvarda ətraf mühitin çirkləndirilməsinə qarşı tədbir keçirilib

Tarix: 09-09-2024 12:38     Baxış: 770

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı məişət tullantılarının müəyyən edilmiş yerlərdən kənara atılması, ətrafın zibillənməsi halları aşkar edilib.

Ərazinin zibillənməsi halları ilə bağlı 6 şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin tələbini pozduğuna görə inzibati qaydada protokol tərtib olunub. Sözügedən ərazilərdəki antisanitar vəziyyət polis və aidiyyəti dövlət qurumu tərəfindən aradan qaldırılıb.


Bu istiqamətdə tədbirlər davam etdirilir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar