Xəbər lenti

TƏBİB və Türkiyə Cümhuriyyətinin “Uğur Sağlık Technolojileri” şirkətinin nümayəndələri arasında görüş keçirilib FOTOLAR

Tarix: 08-09-2024 02:20     Baxış: 427

Görüşdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, İnnovasiya və Təchizat Mərkəzinin direktoru Nurlan Quliyev, Tibb müəssisələrində təlimlərin idarəolunması şöbəsinin müdiri Emil İskəndərov, Beynəlxalq təşkilatlarla iş şöbəsinin müdiri Lamiyə Məmmədova, “Uğur Sağlık Technolojileri” şirkətinin rəhbəri Yurdanur Murzoğlu, “İnnova” şirkətinin rəhbərləri Kemal Ergün və Bekir Çakmak və digər əməkdaşlar iştirak ediblər.

Mubarizciler.az xəbər verir ki, bu barədə TƏB-in mətbuat xidməti məlumat yayıb.

TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlar, TƏBİB-in tabeli tibb müəssisələrinin rəqəmsallaşması istiqamətində görülən işlər barədə ümumi məlumat verib. O,  tibb müəssisələrində çalışan tibb və qeyri-tibb personalının bilik və bacarıqlarının artırılması məqsədilə təlimlərin keçirilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə təlim simulyasiya mərkəzinin, yeni texnologiyaların və virtual reallığın tətbiqi ilə təlim modullarının hazırlanması məqsədilə Türkiyə təcrübəsinin tətbiqinin əhəmiyyətli olduğunu qeyd edib. 

İnnovasiya və Təchizat Mərkəzinin direktoru Nurlan Quliyev “Uğur Sağlık Technolojileri” ilə əməkdaşlığın TƏBİB-in tabeli tibb müəssisələrində proseslərin avtomatlaşdırılması işinə verə biləcəyi mühüm töhfələrdən danışıb.  

“Uğur Sağlık Technolojileri” şirkətinin rəhbərliyi tərəfindən şirkətin tarixi, strukturu, gördüyü işlər barədə ümumi məlumat verib. Qonaqlar hazırda təlim mərkəzlərinin yaradılması, təlim mərkəzlərinin idarə olunması sahəsində təcrübələrini bölüşüb, bu istiqamətdə virtual reallıq və süni zəkanın tətbiqinin perspektivli sahə kimi əhəmiyyətini qeyd ediblər. Onlar müasir simulyasiya avadanlıqları və virtual reallıq proqramları ilə çalışan maketlərlə təchiz edilmiş təlim mərkəzlərinin Azərbaycanda da qurulmasına dəstək göstərmək istəklərini bildiriblər.

“İnnova” şirkətinin rəhbərliyi xəstəxanalarda informasiya mübadiləsinin idarəedilməsinin rəqəmsallaşdırılması istiqamətində görülən işlər və layihələr barədə təqdimatla çıxış edib. 

Sonda gələcək əməkdaşlıq məsələləri müzakirə edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar