Rəşad Tağıyev növbəti dəf səyyar qəbul keçirdi FOTOLAR
Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Nərimanlı kəndində sakinlərimizlə səyyar qəbul-görüş keçirib.
Mubarizciler.az xəbər verir ki, İcra başçısı əvvəlcə kənd ictimaiyyətinə Şəmkir rayonunda görülən geniş abadlıq-quruculuq işləri və həyata keçirilən irimiqyaslı sosial infrastruktur layihələri barədə ətraflı məlumat verib.
Prezident cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində vətəndaş rifahının təminatı prinsipi dayandığını xüsusi vurğulayan Rəşad Tağıyev bildirib ki, ötən dövr ərzində Azərbaycanın bölgələrinin sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub. Regionların inkişafında sosial məsələlərin həlli ilə bağlı dövlətimiz tərəfindən zəruri tədbirlər davam etdirilib, insan amili daim diqqət mərkəzində saxlanılıb, bu sahəyə xidmət edən sosial infrastrukturun yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb.
İcra başçısı qeyd edib ki, bu istiqamətdə Şəmkir rayonunda həyata keçirilən tədbirlər də əhalinin rahatlığının təminatına, güzəranının yaxşılaşdırılmasına xidmət edir.
Daha sonra sakinlərlə kəndin ümumi problemləri müzakirə edilib, onların arzu və təklifləri dinlənilib, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə yerindəcə araşdırılaraq həlli ilə bağlı tədbirlər müəyyənləşdirilib. Həlli vaxt tələb edən məsələlər nəzarətə götürülməklə aidiyyəti təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.
Eyni zamanda fərdi şəkildə müraciət etmək istəyən sakinlərin qəbulu keçirilib.
Xəbəri paylaş