Xəbər lenti
14-09-2024, 21:36
 

Məcnun Məmmədov Goranboyda vətəndaşları qəbul edib FOTOLAR

Tarix: 06-09-2024 15:33     Baxış: 399

Kənd Təsərrrüfatı Naziri Məcnun Məmmədov   Goranboyda vətəndaşları  qəbul edib.

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, Kənd Təsərrrüfatı Naziri Məcnun Məmmədov Goranboy Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Goranboy, Naftalan və Xocalı sakinlərini qəbul etdi.

Mubarizciler.az xəbər verir ki, Qəbuldan öncə, Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Kənd Təsərrrüfatı Naziri Məcnun Məmmədov, Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər.

Nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat və işə bərpa, icarəyə texnika ayrılması, torpaq sahəsinin ayrılması və sənədləşdirilməsinə köməklik göstərilməsi, təsərrüfat suyu ilə təminat və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb. Qəbula gələn vətəndaşlar göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.Daha sonra Nazir Məcnun Məmmədov Aqrar İnkişaf Könüllüləri ilə görüşüb, aktiv fəaliyyəti ilə fərqlənən bir qrup könüllüyə sertifikatlar təqdim edib.Goranboy DAİM-in binasında Aqrar Xidmətlər Agentliyinin Səyyar Xidmət Qrupu mexanizatorlar üçün səyyar xidmət təşkil edib. Xidmət zamanı etibarlılıq müddəti bitən traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün mexanizatorların sürücülük vəsiqələri yeniləri ilə əvəz edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar