Xəbər lenti

Gəncədə metodiki toplantı keçirilib FOTOLAR

Tarix: 06-09-2024 13:28     Baxış: 364

Gəncə şəhəri üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində Mülki müdafiə fənnini tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri ilə metodiki toplantı keçirilib. 

Mubarizciler.az xəbər verir ki, Toplantıda Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri, Mülki Müdafiə işinin aparıcısı Yadigar Bədəlov, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Fəzail Poladov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəis müavini, polkovnik-leytenant Rauf Abbasov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Gəncə Regional Mərkəzinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi Bəhai Nəsirov iştirak edib. 

Çıxışlar zamanı toplantı iştirakçılarına “Mülki müdafiə haqqında” Azərbaycan Respublikasının Qanunu və onun tələbləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, mülki müdafiə - dinc dövrdə və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemidir. Məqsəd əhalinin yarana biləcək fövqəladə hallara hazır olması, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməsi, işçilərin mülki müdafiəyə daimi hazırlığına nail olmaqdır.

Daha sonra toplantı iştirakçılarına Səhiyyə Nazirliyi Gəncə Tibb Kollecinin həkim-müəllimləri, o cümlədən Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən fövqəladə hallar zamanı zərər görən şəxslərə ilkin tibbi yardımın göstərilməsi qaydaları və digər zəruri davranışlar izah olunub.

Qeyd edək ki, metodiki toplantı "Mülki müdafiənin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 25 sentyabr 1998-ci il tarixli, 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında fövqəladə hadisələrdən müdafiə sahəsində əhalinin hazırlanması Qaydaları”nın müvafiq bölməsinin “Əhatə etdiyi ərazi üzrə ümumtəhsil müəssisələrinin mülki müdafiəni tədris edən 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri ilə kursların keçirilməsi” bəndinə uyğun olaraq təşkil edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar