Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Seymur Orucov növbəti dəfə səyyar qəbul keçirib FOTOLAR

Tarix: 05-09-2024 23:56     Baxış: 2 254

Seymur Orucov Ağstafa şəhərində vətəndaşların növbəti səyyar qəbulunu keçirib.

Mubarizciler.az xəbər verir ki, Ağstafa şəhər 1 nömrəli tam orta məktəb binasında təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, aidiyyəti üzrə idarə, müəssisə və təşkilatların məsul əməkdaşları, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İcra başçısı səyyar qəbulda giriş nitqi söyləyərək Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq arenada günbəgün artan yüksək nüfuzundan, dinamik sosial-iqtisadi inkişafından, hərbi qüdrətindən, eləcə də işğaldan azad olunan ərazilərdə həyata keçirilən nəhəng quruculuq işlərindən və Böyük Qayıdış proqramının icrasından söz açıb.

Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun həll edilməsi istiqamətində aidiyyəti üzrə məsul şəxslərə konkret tapşırıqlar verilib. Həmçinin yerli icra hakimiyyətlərinin səlahiyyətinə aid olmayan müraciətlər aidiyyəti qurumlara çatdırılması üçün nəzarətə götürülüb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar