Xəbər lenti

İtaliya ilə imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu - Fotolar - Yenilənib

Tarix: 05-09-2024 22:17     Baxış: 637

Sentyabrın 5-də Romada Azərbaycan ilə İtaliya arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin iştirakı ilə mübadiləsi mərasimi olub.

Mubarizciler.az xəbər verir ki, bu haqda Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

***

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliyanın “Eni S.P.A” şirkəti arasında bioyanacaq və bioxammal sahəsində Anlaşma Memorandumu”nu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə ediblər.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliyanın “Eni S.P.A” şirkəti arasında enerji təchizatı təhlükəsizliyi məqsədilə hasilat və midstrim sahəsində neft-qaz layihələri üzrə əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə ediblər.

“Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə İtaliyanın “Eni S.P.A” şirkəti arasında enerji keçidi və istixana qazlarının azaldılması sahəsində Anlaşma Memorandumu”nu Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf və İtaliyanın “Eni S.P.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi mübadilə ediblər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar