Xəbər lenti
14-09-2024, 21:36
 

Baş prokuror Şərq İqtisadi Forumunda çıxış edib FOTOLAR

Tarix: 05-09-2024 18:53     Baxış: 343

Xəbər verildiyi kimi, Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Vladivostok şəhərində işgüzar səfərdədir.

Sentyabrın 5-də nümayəndə heyəti Şərq İqtisadi Forumunun işində iştirak edib.

Mubarizciler.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin Forum iştirakçılarını salamlayaraq tədbirin qlobal iqtisadi problemlərin həllinə öz töhfəsini verəcəyini və konstruktiv səmərəli dialoqa nümunə olacağını bildirib.

Daha sonra Kamran Əliyev «Россия 24» televiziya kanalına müsahibə verib.

Rusiya Baş Prokurorluğunun təşkilatçılığı ilə keçirilən biznes subyektlərinin hüquqlarının qorunmasına həsr olunmuş sessiyada çıxış edən Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi kursuna uyğun olaraq sahibkarlığın inkişafının dövlət siyasətinin əsas prioritetlərindən olduğu, aparılan islahatlar nəticəsində sahibkarlıq fəaliyyətinin qanunvericilik bazası və lazımi infrastrukturunun yaxşılaşdırıldığını qeyd edib. 

30 illik erməni işğalından azad olunmuş ərazilərimizdə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını qeyd edən Baş prokuror, ölkəmizdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına investisiyaların yatırılması üçün əlverişli biznes mühitinin yaradılmasından bəhs edib. 

Həmçinin, Kamran Əliyev ölkəmizdə prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar, eyni zamanda prokurorluğun müvafiq struktur qurumları tərəfindən sahibkarlıqla məşğul olan hüquqi və fiziki şəxslərin maraqlarının qorunması sahəsində fəaliyyətindən danışıb.

Baş prokuror cari ilin noyabrında dünyanın ən mötəbər beynəlxalq tədbiri olan COP29-un ölkəmizdə keçiriləcəyi barədə görüş iştirakçılarına məlumat verib.

Sessiya zamanı digər natiqlər çıxışlar edib, mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Baş prokuror Taylandlı və Laoslu həmkarları ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq perspektivləri müzakirə edilib.

Nümayəndə heyətinin Rusiyaya işgüzar səfəri başa çatıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Bölgə
Fotosesiya
Çox oxunanlar