Xəbər lenti

Lamiyənin atası Mehriban Əliyevaya təşəkkür etdi

Tarix: 04-09-2024 21:32     Baxış: 763

Parisdə keçirilən Yay Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran Lamiyə Vəliyevanın atası Rövşən Vəliyev təşəkkür paylaşımı edib.

Mubarizciler.az xəbər verir ki, o, bu haqda sosial şəbəkə hesabında yazıb.

“Lamiyənin Parisdə qazandığı uğura görə çoxlu təbriklər alırıq. Bu təbriklər Lamiyənin ailəsi olaraq tək bizə deyil, bütün Azərbaycana ünvanlanıb.

Lamiyə Azərbaycanı sevdiyi qədər Azərbaycan da onunla qürur duydu, sevdi. Bu, bizi sevindirir, Lamiyəni isə qələbələrinin davamlı olması üçün ruhlandırır.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Lamiyəyə ünvanlanan təbriki isə bizi daha çox qürürlandırdı və sevincimizi ikiqat artırdı.

Ailəmiz adından Mehriban xanım Əliyevaya, o cümlədən Azərbaycan dövlətinə və xalqımıza idmançıların əməyinə daim diqqət və qayğı göstərdiklərinə görə minnətdarlıq bildiririk”.

Qeyd edək ki, paraatletimiz Lamiyə Vəliyeva T13 kateqoriyasında 100 metr məsafəyə qaçışda finişə 11.76 saniyəyə birinci çataraq qızıl medal qazanıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Bölgə
Fotosesiya
Çox oxunanlar