Ramin Məmmədovla şeyxin ilk rəsmi görüşü oldu - FOTO
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşüb.
Mubarizciler.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat xidməti məlumat yayıb.
Görüş zamanı dövlət-din münasibətlərinin daha da təkmilləşdirilməsi, ölkəmizdə fəaliyyət göstərən dini icmalar arasında maarifləndirmə sahəsində əlaqələrin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 konfransı çərçivəsində dünya dini liderlərinin sammitinin keçirilməsi istiqamətində hazırlıq işləri ilə bağlı müzakirələr aparılıb. COP29 çərçivəsində keçiriləcək dini liderlərin sammitinə hazırlıq işlərinin effektiv koordinasiyası məqsədilə yaradılacaq təşkilat komitəsində Dövlət Komitəsi və QMİ nümayəndələrinin təmsil edilməsinin zəruri olduğu vurğulanıb.
Qeyd edək ki, bu, Ramin Məmmədovla Şeyxülislam Allahşükür Paşazadənin ilk rəsmi görüşüdür.
Xəbəri paylaş