Xəbər lenti
21-08-2026, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yeni direktor təyin edilib FOTOLAR

Tarix: 03-09-2024 20:20     Baxış: 2 772

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının direktor vəzifəsi Ülfət Qurbanova həvalə olunub. 

Mubarizciler.az ın məlumatına görə, TƏBİB-in İcraçı direktorunun müşaviri Səkinə Sadıxova tərəfindən yeni direktor kollektivə təqdim olunub. Təqdimat mərasimində S.Sadıxova tibb müəssisəsinin xidmət keyfiyyətinin yüksəldilməsi, pasiyent məmnunluğunun təmin edilməsi üçün müvafiq tapşırıqlar verib.

Qeyd edək ki, Ülfət Qurbanov 1995-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 

2001-ci ildə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 2002-ci ildən sözügedən tibb müəssisəsində həkim-anestezioloq-reanimatoloq, 2022-ci ildən isə direktorun müavini, baş həkim vəzifələrində çalışıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar