Xəbər lenti

İcra başçısı ali məktəblərə qəbul olan məzunlarla görüş keçirib FOTOLAR

Tarix: 03-09-2024 14:59     Baxış: 1 477

Sentyabrın 3-də Daşkəsəndə ali məktəblərə qəbul olan məzunlarla görüş keçirilib.

Mubarizciler.az xəbər verir ki, Görüşdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, rayon üzrə Təhsil Sektorunun müdiri Vüsal Cəfərov, təhsil işçiləri və valideynlər iştirak ediblər.

Əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla anılıb. 

İcra başçısı Orxan Abbasov giriş nitqində tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynləri təbrik edib, gənclərə gələcək həyatlarında müvəffəqiyyətlər arzulayıb. Rayon rəhbəri vurğulayıb ki, Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın göstərdikləri xüsusi diqqət və qayğı nəticəsində təhsilimizin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları, əlavə tədris korpusları inşa edilir, mövcud məktəblərdə əsaslı təmir işləri aparılır, təhsilin keyfiyyəti yüksəldilir. Bütün bunlar Daşkəsən rayonunda da gənclərin yüksək səviyyədə təhsil almalarına və müstəqil ölkəmizin layiqli vətəndaşları olmalarına şərait yaradır.

Çıxış edən məzunlar isə onlara göstərilən etimadı doğruldacaqlarına söz verərək ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Daha sonra məzunlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar