Xəbər lenti

Azər Əmiraslanov növbəti dəfə seçicilərini dinlədi FOTOLAR

Tarix: 30-08-2024 23:18     Baxış: 4 809

Böyük Kəsik və Ağgöl kənd sakinləri Azər Əmiraslanova təklif və müraciətlərini bildirdilər.

  Mubarizciler.az xəbər verir ki, 108  saylı Ağstafa Seçki Dairəsindən deputatlığa namizəd Azər Əmiraslanov təbliğat və təşviqat kompaniyasının sonuncu günündə Böyük Kəsik və Ağgöl kənd sakinləri ilə  görüşüb.

 Öncə  Vətən Müharibəsi Qəhrəmanı  Azər Yusiflinin adını daşıdığı məktəbdə büstü ziyarət olunub.  Hər iki kənd meydanında keçirilən görüşdə isə torpaqlarımızın  azadlığı və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 Daha sonra  deputatlığa namizəd Azər Əmiraslanovun və vəkillərinin çıxışları dinlənilib. Namizədin tərcümeyi halı və platforması  seçicilərin diqqətinə çatdırılıb. Görüşdə  sakinlərin qaldırdıqları məsələlər və ünvanlanan suallar ətrafında maraqlı müzakirələr aparılıb.

Kəndin şəhid ailələri, ağsaqqallar və ziyalılarla keçirilən görüşdə isə sakinləri narahat edən məsələlər müzakirə edilib. Müraciətlərə baxılması üçün müvafiq qeydlər  aparılıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar