Xəbər lenti
18-11-2024, 12:06
 

Deputatlığa namizəd Anar Məmmədov Tərtər rayonunun ağsaqqalları və ziyalıları ilə görüş keçirib FOTOLAR

Tarix: 30-08-2024 19:34     Baxış: 924

YAP parlament seçkilərinə böyük uğurlarla gedir.

Mubarizciler.az ın məlumatına görə, 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 97 saylı Tərtər-Ağdərə-Goranboy  seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Məmmədov Anar İlyaz oğlunun   YAP Tərtər  rayon təşkilatının qərargahında rayon ağsaqqalları və ziyalıları ilə  seçki öncəsi görüşü keçirilib.

YAP Tərtər  rayon təşkilatının sədri Eldar Əsədov Yeni Azərbaycan Partyası  parlament seçkilərinə “Yeni dövrə Yeni Azərbaycanla!” şüarı ilə qatılan YAP-ın Azərbaycan xalqının inam və etimad ünvanı olduğunu qeyd edib. O, YAP-ın seçki platforması haqqında ətraflı məlumat verib, seçiciləri parlament seçkilərində fəal olmağa çağırıb.

Çıxış edən deputatlığa namizəd Anar  Məmmədov bildirib  ki, seçkilərdə Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu və bu gün Prezident İlham Əliyevin Sədrlik etdiyi Yeni Azərbaycan Partiyasını təmsil etmək həm məsuliyyətli, həm də şərəflidir. O,  Yeni Azərbaycan Partiyasının xalqın inam və etimadını layiqincə doğrultduğunu, Azərbaycanın inkişafına müstəsna töhfələr verdiyini diqqətə çatdırıb.

A.Məmmədov  çıxışında seçiciləri parlament seçkilərində fəal iştirak etməyə və ən layiqli namizədə səs verməyə çağırıb. 

Görüşdə çıxışçılar  YAP -  ın siyasi sistemin aparıcı qüvvəsi kimi ölkəmizə mühüm nailiyyətlər qazandırmaqda olduğunu vurğulamışlar.

Çıxış edənlər seçiciləri parlament seçkilərində YAP-ın namizədinə səs verməyə çağırıblar.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar