Xəbər lenti

SON DƏQİQƏ: Əməkdar artist xəstəxanaya yerləşdirildi - FOTO

Tarix: 10-02-2023 20:02     Baxış: 2 714

Əməkdar artist Ağalar Bayramov xəstəxanaya yerləşdirilib.

Axşam.az-ın məlumatına görə, evində yıxılaraq ayağından zədə alan tanınmış qiraətçi Respublika Klinik Xəstəxanasında müalicə olunur.

A.Bayramov açıqlamasında hazırda özünü yaxşı hiss etdiyini bildirib:

“Hadisə fevralın 3-də baş verib. Ehtiyatsızlıq ucbatından yıxıldım. Başım divara dəydi, huşumu itirdim. Evdə də gəlindən başqa heç kim yox idi. Tez məni divana uzandırdı, daha sonra isə xəstəxanaya çatdırdılar. İndi sistemlər vurulur, vəziyyətim yaxşılığa doğru gedir. Mənə burada xidmət göstərən hər kəsə təşəkkür edirəm”.

A.Bayramov, eyni zamanda Türkiyədə baş verən zəlzələyə görə narahat olduğunu qeyd edib:

“Həyəcanlanıram. Bu da mənə olmaz. Bircə arzum odur ki, Türkiyə bütün sınaqlardan alnıaçıq çıxsın. Ürəyim dözmür. Mənim oğlum Şəhriyarın məzarı Qubadlıdadır. Yanvarda onu ziyarətə getmişdim. Onun qəbrinə and olsun, öz canım yadımdan çıxıb, qəlbim Türkiyədədir”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar