Xəbər lenti

Daşkəsən Rayon İcra Hakimiyyətində vətəndaşların müraciətləri dinlənilib FOTOLAR

Tarix: 30-08-2024 19:14     Baxış: 896

30.08.2024-cü il tarixdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov növbəti vətəndaş qəbulu keçirib.

Mubarizciler.az xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov Rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirib. İcra Hakimiyyəti başçısı müavinlərinin, şöbə müdirlərinin, rayonun idarə, müəssisə və xidmət sahələrinin rəhbərlərinin iştirakı ilə təşkil olunmuş qəbulda 25 vətəndaş iştirak edib.

İcra başçısı Orxan Abbasov fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib.

Müraciətlər əsasən işlə təmin olunma və digər sosialyönümlü məsələlərlə bağlı olub. 

Sakinlərə qaldırdıqları müraciətlərə dair qanunvericiliyin tələbləri izah edilib, İcra Hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllinə dair tapşırıqlar verilib, digər mövzularla bağlı isə aidiyyəti qurumlara müraciət etmələri vətəndaşlara  tövsiyə edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar