Xəbər lenti

Goranboy Rayon Mərkəzi Xəstəxanasında yeni Hemodializ şöbəsinin açılışı olub FOTOLAR

Tarix: 29-08-2024 23:15     Baxış: 840

Açılış mərasimində TƏBİB-in İxtisaslı tibbi xidmətlərin təşkili departamentinin İxtisaslı tibbi xidmətlər şöbəsinin müdiri Vüsal Yusifov, Goranboy Rayon Mərkəzi Xəstəxanasının direktoru Rauf Yahyayev, "Xroniki böyrək çatışmazlığından əziyyət çəkən şəxslərə göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması və müalicəsinin təşkilinin təkmilləşdirilməsi üzrə Komissiyanın" bir qrup üzvü və digər əməkdaşlar iştirak edib.

Mubarizciler.az ın məlumatına görə, Hemodializ şöbəsinin fəaliyyəti və yaradılan şəraitlə bağlı məlumat verən Rauf Yahyayev bildirib ki, Goranboy rayonunda böyrək çatışmazlığından əziyyət çəkən xəstələr Hemodializ şöbəsindən səmərəli istifadə edə biləcəklər.

Şöbədə 10 ədəd müasir tipli Almaniya istehsalı olan “Fresenius Medical Care” hemodializ aparatı quraşdırılıb, xəstələrin istirahəti üçün bütün şərait yaradılıb. Mərkəzin otaqları yumşaq inventar, lazım olan tibbi avadanlıqlarla təmin edilib. Mərkəzdə ayda orta hesabla təqribən 60-dan çox xəstə dializ olunacaq. Hazırda Goranboyda bu kateqoriyadan olan 70-dən çox xəstə var.

Yeni Hemodializ şöbəsində 2 həkim, 2 texnik olmaqla, ümumilikdə 15 nəfər tibbi heyət xidmət göstərəcək.

Şöbədə dializ zalı, osmos otağı, 2 həkim otağı və gözləmə zalı yerləşir.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar