Xəbər lenti
8-05-2024, 00:26
 

Öz peşəsini sevən rəhbər daim pedaqoji kollektivin rəğbətini qazanar - FOTOLAR

Tarix: 10-02-2023 19:47     Baxış: 1 754

Öz peşəsini sevən rəhbər daim pedaqoji kollektivin rəğbətini qazanar.

11.01.2022-ci il tarixində yolumuz Goranboy rayonunun Yenikənd kəndinə düşdü.

Yenikənd kənd Tam Orta Məktəbinin qonağı olduq.

1992-ci  ildən tikilib istifadəyə verilən Orta Məktəb haqqında 2016-cı ildən rəhbərlik edən məktəbin direktoru Səxavət Allahverdi oğlu Verdiyev geniş məlumat verdi.

1 korpuslu 2 mərtəbəli 180 yerlik 12 sinif otağı olan   2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə müasir standartlara uyğun şəkildə inşa edilib öz qapılarını şagirdlərin üzünə açan Tam Orta Məktəbdə hazırda 79 şagird dərs alır. Məktəbdə karantin otağı,labaratoriya və kitabxana fəaliyyət göstərir.

 Məktəbin giriş foyesi Ulu Öndər Heydər Əliyevin ölkə başçısı cənab İlham Əliyevin və Azərbaycan Təhsilinə daim diqqət və qayğı göstərən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın   qayğıları ilə əhatə olunmuş foto-sərgi ilə əhatə olunmuşdur. 

Bununla yanaşı torpaqlarımızın suverenliyi uğrunda canlarından keçərək Şəhidlik məqamına ucalmış igid oğullarımızında xatirəsi əbədiləşdirilərək xatirə guşəsi yaradılmışdır. 

Bütün sinif otaqlarına Şəhidlərimizin adı verilərək onların keçdiyi şərəfli döyüş yolu haqqında məlumatlar dərc edilmişdir və bütün şagirdlərə Şəhidlərimizin şəkili əks olunmuş döş nişanları təqdim edilmişdir.

Məktəbdə pandemiya qaydalarına ciddi əməl olunur və lazımı olan ləvazimatlar RTŞ-i tərəfindən göndərilərək daim diqqətdə saxlanılır.

Məktəbin direktoru Səxavət Verdiyev pedaqoji kollektiv şagirdlər və kənd sakinləri adından daim Azərbaycan Təhsilinə diqqət və qayğı göstərən ölkə başçısı cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya onlar üçün yaradılmış şəraitə görə sonsuz minnətdarlığını ifadə etdi.

Məktəbin direktoru təhsilimizin yeni uğurlarından danışdı. 

Bu təhsil ocağında dərs alan şagirdlərimizə daim diqqət və qayğı göstərildiyi diqqətimizə çatdırıld.

2020-21 ci tədris ilində Məktəbi bitirən şagirdlərdən Yeganə Qurbanova 413 bal toplayaraq ali məktəbə qəbul olmuşdur.

Məktəb rəhbərliyinin təşkilatçılığı ilə şagirdlər pedaqoji kollektivlə birlikdə Vətən Müharibəsi Şəhid ailələri,Qazilərinin ailələri ziyarət olunur və görüşlər keçirdilir.

Yenikənd kənd Tam Orta Məktəbinin  kollektivinə tərəfimizdən 8 Noyabr Zəfər Günü "Xarı Bülbül"ün xatirə tablosu təqdim edilmişdir.


Məktəbin direktoru Səxavət Verdiyev rayon üzrə direktorların işə qəbulu müsabiqəsində ən yüksək nəticə əldə etməklə 53-bal toplamışdır.


           Elçin Tağıyev;

İctimai-fəal,Prezidentə-dəstək,TV21.azın Baş redaktoru.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Bölgə
Çox oxunanlar