Xəbər lenti

Regional Təhsil İdarəsinin rəhbər işçiləri Türkiyənin Gəncədəki Baş Konsulluğunda olaraq başsağlığı veriblər - FOTO

Tarix: 10-02-2023 15:37     Baxış: 1 514


Regional Təhsil İdarəsinin rəhbər işçiləri Türkiyənin Gəncədəki Baş Konsulluğunda olaraq başsağlığı veriblər

Mubarizciler.az xəbər verir ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin (GDRTİ) müdiri Anar Qədiməliyev Türkiyənin Gəncədəki Baş konsulluğunda olaraq, konsul  Recep Öztopla görüşüb. İdarə rəhbəri Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa diləyib, Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb.

 

Daha sonra Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, müdir müavini Rövşən Kərimov və müvafiq sektor müdirləri Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsini yad ediblər.


 

Qeyd edək ki, Gəncə-Daşkəsən Regional Təhsil idarəsinintabeliyində olan ümumtəhsil müəssisələri və məktəbəqədər təhsil müəssisələrinin kollkektivi tərəfindən  Türkiyənin Gəncədəki Baş Konsulluğunda qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirəsi yad olunur.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar