Elçin İsmayılov:Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir
Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir
Azərbaycanın təbii qazının Avropaya daha böyük həcmdə çıxarılması üçün 2013 cü ilin dekabrında bir sıra Avropa dövlətlərinin nümayəndələrinin iştirakı ilə müqavilə imzalandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “ XXI əsrin müqaviləsi” adlandırdıqı bu sənəd TANAP, TAP borukəmərlərinin tikintisini reallığa çevirdi. Eyni zamanda Xəzər dənizindən İtaliyaya doğru, Avropanın enerji təhlükəsizliyi üçün böyük əhəmiyyətə malik olan yeni “Cənub” qaz dəhlizinin yaradılmasına imkan yaratdı. Cənub Qaz Dəhlizi Məşvərət Şurasının səkkizinci toplantısından sonra dəyişmə dinamikası çox yüksək olan dünyada enerji təhlükəsizliyi məsələlərinin hər bir ölkə üçün əhəmiyyətinin daha da artdığına və enerji təhlükəsizliyinin milli təhlükəsizlik məsələsi səviyyəsinə qalxmasına görə qaz ixracında yeni marşrutların qurulması və yeni mənbələrin cəlb olunması baxımından heç vaxt görünmədiyi qədər vacib olmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 3-də Bakıda, "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının açılışında etdiyi çıxış bu baxımdan müstəsna əhəmiyyətə malikdir.
Prezident İlham Əliyev çıxışında da qeyd etdiyi kimi, Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumundan sonra Azərbaycan daha çox qazın təchiz edilməsi məqsədilə əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə, mövcud “Şahdəniz” yatağında hasilatın artırılmasına, həmçinin ölkə daxilində enerji səmərəliliyinin təmin olunması üçün tutulmuş proqrama uyğun olaraq Azərbaycanda elektrik enerjisinin istehsalında istifadə olunan təbii qaza qənaət edərək ixrac məqsədilə istifadə olunmasına çalışılır. Avropaya qaz təchizatının artırılması ilə bağlı Avropa Komissiyası ilə imzalanmış Anlaşma Memorandumunun sonra Azərbaycandan daha çox qazın təchiz edilməsi üçün əlavə imkanların yaradılması üçün fəal şəkildə işləməyə başladıq. Hazırda yeni yataqlardan bu il gözlədiyimiz hasilata, eləcə də mövcud "Şahdəniz" yatağındahasilatın artırılmasına əlavə olaraq, biz ölkə daxilində enerji səmərəliliyi üzərində işləyirik. Təbii qaz ixracı - 2021 -ci ildə təxminən 19 milyard kubmetr, ötən il isə 22,6 milyard kubmetr olmuşdur. Biz bu il onun 24,5 milyard kubmetr olmasını gözləyirik. Bu, o deməkdir ki, Avropa Komissiyası ilə Anlaşma Memorandumu uğurla icra olunur.
Artıq təsdiq olunmuş faktdır ki, Azərbaycan çox böyük yaşıl enerji potensialına malikdir. Yalnız dənizdə külək enerjisinin potensialı 157 qiqavatdır, quruda külək və günəş enerjisinin potensialı 27 qiqavatdır, Vətən müharibəsi zamanı azad etdiyimiz torpaqlarda 10 qiqavata yaxındır. Naxçıvan Muxtar Respublikasında böyük bərpaolunan enerji potensialı müəyyən olunmuşdur və hazırda 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyü ilə bağlı danışıqlar aparılır.
Elçin İsmayılov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının sədri
Xəbəri paylaş