Xəbər lenti
10-09-2025, 09:44
 

İcra başçısı Aran qəsəbəsində vətəndaşların səyyar qəbulunu keçirdi - FOTO

Tarix: 10-02-2023 14:20     Baxış: 1 041

Aran qəsəbəsində səyyar qəbul keçirildi

Mubarizciler.az xəbər verir ki, Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının səyyar qəbul qrafikinə uyğun olaraq növbəti qəbul rayonun Aran qəsəbəsində keçirildi. Səyyar qəbulda ŞİHB aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.

Şəhər rəhbəri qəbulda Azərbaycan Respublikası Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı altında Respublikamızda, o cümlədən Yevlaxda aparılan, abadlıq, quruculuq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən işlərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.

Qəbul zamanı sakinlər tərəfindən ayrı-ayrı sahələrə dair səsləndirilən müraciətləri dinləyən Şəhər rəhbəri qaldırılan məsələlərin həlli ilə bağlı tapşırıqlar verdi. 

Qəbulda Şəhər Rəhbəri Rəqəmsal icra hakimiyyətinin Portalı barədə də sakinlərə məlumat verib, vətəndaşlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portala müraciət etməyi tövsiyə edib.

Sakinlər problemlərinə həssaslıqla yanaşıldığı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar