Xəbər lenti
25-07-2026, 19:27
 

İcra Başçısı Vətən müharibəsi Şəhidlərinin ailələrini ziyarət etdi - FOTO

Tarix: 10-02-2023 14:15     Baxış: 1 475

Şəhər İcra Hakimiyyətinin Başçısı Vətən müharibəsi Şəhidlərinin ailələrini ziyarət etdi

Yevlax Şəhər İcra hakimiyyətinin Başçısı Anar Tağıyev Vətən müharibəsində şücaətlə döyüşərək canlarını qurban vermiş, Yevlax rayonunun Aran qəsəbəsindən olan Şəhidlər , Quliyev Tural Mustafa oğlu, Kərimov Elgün Rauf oğlu və Salahov Kamil Mətləb oğlunun ailələri ilə görüşmüş və onların qayğıları ilə maraqlanmışdır. 

Mubarizciler.az xəbər verir ki, Görüş zamanı Şəhər rəhbəri qeyd etmişdir ki, Şəhid ailələrinə dövlət qayğısının göstərilməsi Azərbaycanın daxili siyasətində əsas prioritetlərindəndir. Bu Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi-mənəvi yoldur. Hazırda bu siyasət Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Belə ki, Cənab Prezidentin göstərişi ilə şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə mühün addımlar atılır. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. 

Şəhər rəhbəri həmçinin Ölkə Rəhbərinin tapşırığı ilə şəhid Salahov Kamil Mətləb oğlunun ailəsi üçün inşa edilən fərdi yaşayış evi ilə də tanış olmuşdur.

Şəhidlərin ailə üzvləri onlara göstərilən bu diqqət və qayğıya görə Ölkəmizin rəhbəri, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci Vitse-Prezident hörmətli Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını  bildirdilər.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar