Xəbər lenti
Bu gün, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 
14-08-2026, 12:31
 

Goranboyda “Uşaq Səfirlər Məclisi” ilə bağlı üşaqlarla görüş keçirilmişdir - FOTO

Tarix: 10-02-2023 08:20     Baxış: 1 472

Goranboy rayon İcra Hakimiyyətində  Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunda və “Uşaq Səfirlər Məclisi”ndə iştirak edəcək uşaqlarla  görüş keçirildi.

Azərbaycan Respublikası Prezidentinin “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın 5.4.1. bəndinə uyğun olaraq, Ümumrespublika Uşaq Forumlarının keçirilməsi və  30 dekabr 2019-cu il tarixli Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsinə töhfə olaraq, 1 iyun 2020-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların müstəqil özünü ifadə etmə bacarığının, eləcə də idarəetmə mədəniyyətinin formalaşması məqsədilə “Uşaq Səfirlər Məclisi” ilə bağlı üşaqlarla görüş keçirilmişdir. 

Qeyd olunanlarla bağlı, 2024-cü ildə keçirilməsi nəzərdə tutulan Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunda və “Uşaq Səfirlər Məclisi”ndə iştirak etmək üçün Goranboy rayonundan 5 nəfər, 13-16 yaş aralığında olan uşaqların namizədliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verilmişdir. Həmin namizədlərlə Goranboy rayon İcra Hakimiyyətində görüş keçirildi. Görüşdə uşaq hüquqlarının müdafiəsi, uşaq inkişafı, həmçinin, uşaqları narahat edən məsələlərin həlli istiqamətində öz təkliflərini bildirmələri və fikir mübadiləsi aparmaları ilə bağlı söhbətlər aparıldı. 5 nəfər namizəddən 3 nəfər Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunda və “Uşaq Səfirlər Məclisi”ndə iştirak etmələri üçün seçildi.


Mubarizciler.az



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar