Xəbər lenti

Xəyal Məmmədov: Təhsil işçiləri qardaş Türkiyəyə öz yardımlarını əsirgəmədilər - FOTOLAR

Tarix: 09-02-2023 23:37     Baxış: 9 092

Goranboy-Naftalan Təhsil Sektorunun xətti ilə Türkiyəyə 2-TIR  yardım göndərildi.

Cənab Prezident İlham Əliyevin çağırışı ilə Azərbaycan xalqı qardaş türk xalqına yardım kampaniyasına qoşulub.
Belə ki, bir neçə gün öncə Türkiyənin cənub-şərqində, çoxsaylı insan tələfatı və dağıntılarla nəticələnən zəlzələdən sonra Azərbaycan xalqı öz qardaş-bacılarına dəstək üçün əlindən gələni əsirgəmir.
Mubarizciler.az xəbər verir  ki, 9 fevral 2023-cü il tarixində Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun rəhbəri Xəyal Sakit oğlu Məmmədovun təşkilatçılığı ilə təhsil işçiləri tərəfindən Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkən insanlara yardım göndərildi.
Ümid edirik ki, Türkiyə bu fəlakətdən tezliklə qurtulacaq və zəlzələnin acı nəticələrini tez bir zamanda aradan qaldıracaq.

Goranboy-Naftalan Təhsil Sektoru  olaraq bütün pedaqoji kollektiv adından zəlzələdə həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik.

Xəyal Məmmədov

Goranboy-Naftalan rayonları üzrə Təhsil Sektorunun müdiri 



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar