Xəbər lenti

Hatayda kütləvi məzarlıq salındı - Video

Tarix: 09-02-2023 20:23     Baxış: 1 732

Türkiyədə baş verən güclü zəlzələ nəticəsində həlak olanların sayı durmadan artır. Təbii fəlakət nəticəsində ölənlərin sayı 15 minə çatır.

Mubarizciler.az “T24” portalına istinadən xəbər verir ki, zəlzələdən əziyyət çəkən Hatay vilayətinin İskenderun bölgəsində həlak olanlar üçün kütləvi məzarlıq salınıb. 

Ölkə mediasında yayılan görüntülərdən həlak olanların bəzilərinin artıq dəfn olunduğu bildirilir.

Xatırladaq ki, Türkiyənin Fövqəladə Halların İdarə edilməsi Agentliyinin (AFAD) yaydığı məlumata görə, zəlzələdə həyatını itirən və şəxsiyyəti müəyyən edilə bilməyənlərin cənazələri 24 saatlıq gözləmə müddətindən sonra DNT, barmaq izi nümunələri və fotoları çəkilərək dini öhdəliklərə uyğun olaraq dəfn olunacaq.








Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar