Xəbər lenti
18-11-2024, 12:06
 

Xəyal Məmmədov: Azərbaycan ilə Rumıniya arasında çox sıx əlaqələr mövcuddur

Tarix: 09-02-2023 01:13     Baxış: 1 053

Azərbaycan ilə Rumıniya arasında çox sıx əlaqələr mövcuddur.

Azərbaycan dünya dövlətləri, eləcə də qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuşdur. Ulu Öndər Heydər Əliyev siyasətini, onun xarici siyasət kursunu yeni dövrün tələblərinə uyğun olaraq davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkəmizin beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə, milli maraqlarının qorumasına nail olmuşdur. Bu gün dünya dövlətləri ilə qarşılıqlı etimad səviyyəsində qurulan diplomatik əlaqələr yüksək bir mərhələdədir.

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Rumıniya ilə müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq Azərbaycanın xarici siyasətinin məntiqi nəticəsidir. Müasir dövrdə Azərbaycan ilə Rumıniya arasında çox sıx əlaqələr mövcuddur. Ruminya Avropa ölkələri arasında Azərbaycanla strateji tərəfdaşlıq quran ilk ölkədir. Ölkələrimiz arasında ikitərəfli münasibətlər iqtisadi, ticari, enerji və digər sahələri əhatə edir. Rumıniya respublikamızın müstəqilliyini tanıyan dünyada ikinci (qardaş Türkiyədən sonra), Avropa İttifaqına üzv dövlətlərin arasında isə ilk ölkədir. Ölkələrimiz arasında 19 iyun 1992-ci il tarixində diplomatik əlaqələr qurulub. 1998-ci il noyabrın 3-də Rumıniyanın Azərbaycanda, 2001-ci ilin 19 may tarixində isə Azərbaycan Respublikasının Rumıniyadakı səfirliyi təsis edilib. Həmin illərdən başlayaraq Azərbaycan – Rumıniya münasibətləri davamlı olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edib. Hələ 90-cı illərdə Ulu öndər Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniya keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirib. Bütün bu müddət ərzində dövlət başçıları, dövlət, hökümət və parlament qurumları arasında qarşılıqlı təmaslar intensiv şəkildə davam etdirilib. Hər iki ölkənin prezidentləri, baş nazirləri və parlament sədrləri dəfələrlə qarşılıqlı səfərlər ediblər. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri xüsusilə faydalı olub. BMT çərçivəsində, eləcə də ATƏT, Avropa Şurası, NATO, Qara Dəniz Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumların Parlament Assambleyalarında Azərbaycan və Rumıniya hər zaman bir-birinə siyasi dəstək nümayiş etdirib.


Rumıniya Prezidenti Klaus Yohannisin Azərbaycana fevralın 2-də baş tutan səfəri Azərbaycanla Rumıniya arasında münasibətlərə və strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə şərait yaradacaqdır. İki ölkə arasında əməkdaşlıq, Azərbaycan qazının Rumıniyaya çatdırılması, yaşıl enerji ilə bağlı reallaşdırılacaq layihələr məhz strateji tərəfdaşlığın təzahürüdür.Qeyd edilməlidir ki, Azərbaycan və Rumıniya arasında energetika sahəsində əməkdaşlığın aktuallığı durmadan artır. Belə ki, uzun illər ərzində Azərbaycanın neft şirkəti olan SOCAR Rumıniyada fəaliyyət göstərir, onun Rumıniyada 70-dən çox yanacaqdoldurma stansiyası və bir neçə yanacaq deposu vardır. Həmçinin Rumıniyanın imkanlarından istifadə edilərək, Azərbaycan qazı Avropa məkanında yeni ünvana çatacaq və paralel olaraq digər Avropa ölkələrinə Azərbaycan qazı nəql ediləcəkdir. Bu gün Azərbaycan Avropa İttifaqı üçün etibarlı enerji tərəfdaşıdır.

Xəyal Məmmədov,

Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar