Xəbər lenti
10-09-2025, 09:44
 

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Türkiyənin Gəncədəki Baş Konsulluğunu ziyarət edib - FOTO

Tarix: 08-02-2023 18:44     Baxış: 1 750

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev  Türkiyənin Gəncədəki Baş Konsulluğunu ziyarət edib.

Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polkovnik Haxverdi Əkbərov, Kəlbəcər rayon İcra Hakimiyyətinin məsul əməkdaşları Baş konsulluğun qarşısında yaradılan guşəni ziyarət edib, rayon rəhbəri guşə qarşısına əklil qoyaraq, həlak olanların ruhuna ehtiramını bildirib, dualar oxuyublar.

Mubarizciler.az xəbər verir ki, Kəlbəcər rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztopla görüşüb,Rayon rəhbəri Azər Qocayev  Konsulluqdakı xatirə kitabına başsağlığı qeydi yazıb. Azər Qocayev  bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş ölkənin zəlzələdən zərər görmüş bölgələrinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Xalqımızda qardaşlarına maddi və mənəvi dəstək olmaq üçün əllərindən gələni etdiyini bildirən RİH başçısı Azər Qocayev qeyd edib ki, Azərbaycan-Türkiyə qardaşlığı bütün zamanların sınaqlarından üzüağ çıxmağı bacarmış, yaxşı və pis günündə bir-birlərinin yanında olduğunu dünyaya isbat etmişdir.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə 7,6 və 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə minlərlə sakin həlak olub. Ölkədə həlak olanların xatirəsini anmaq üçün 7 günlük matəm elan edilib.




Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar