Xəbər lenti

Ümumi təhsil müəssisələrini 4 nəfər şagird fərdi təhsil üzrə başa vurub - Fotolar

Tarix: 03-07-2024 14:23     Baxış: 1 680

2023-2024-cü tədris ili üzrə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini 4 nəfər şagird fərdi təhsil üzrə başa vurub. 

Mubarizciler.az-ın məlumatına görə, Göygöl rayon Hacıməlik qəsəbə 2 nömrəli tam orta məktəbin şagirdi Reyhan Əsgərova, Goranboy rayon Nizami kənd tam orta məktəbin şagirdi Gövhər Əsgərova, Gəncə şəhər M.Şəhriyar adına 40 nömrəli tam orta məktəbin şagirdi Ramil Həsənov və İ.Nəsimi adına 44 nömrəli məktəb-liseyin şagirdi Arzu İsmayılov fərdi təhsil üzrə məktəbi başa vurub. 

Qeyd edək ki, fərdi təhsil müxtəlif səbəblərdən uzun müddət təhsildən kənarda qalmış təhsilalanlar üçün müəyyənləşdirilmiş təhsil formasıdır. 

Bildiririk ki, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 57  şagird fərdi təhsilə cəlb edilib.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Bölgə
Fotosesiya
Çox oxunanlar