Xəbər lenti
25-07-2026, 19:27
 

33 saat dağıntılar altında qalan ana və qızı xilas edilib - FOTO

Tarix: 08-02-2023 00:42     Baxış: 1 446

Türkiyənin zəlzələ bölgəsində axtarış-xilasetmə tədbirləri davam etdirilir.

 

Mubarizciler.az xəbər verir ki, Hatay bölgəsində 33 saat dağıntılar altında qalan ana və qızı xilas edilib. 


Onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən, yeniyetmə qızın ürəyi dayanıb. Həkimlərin təcili müdaxiləsindən sonra onu həyata qaytarmaq mümkün olub.

 

 

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb.

 

Son məlumatlara görə, Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 5434 nəfərə, təbii fəlakət zamanı yaralananların sayı isə 31 777 nəfərə çatıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar