Xəbər lenti

Baş prokuror Kamran Əliyev Türkiyəli həmkarlarına başsağlığı verib

Tarix: 07-02-2023 15:32     Baxış: 1 820

Baş prokuror Kamran Əliyev Türkiyəli həmkarlarına başsağlığı verib

Mubarizciler.az xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev fevralın 06-sı baş vermiş zəlzələ ilə bağlı Türkiyə Respublikasının Baş prokuroru Bekir Şahinə, ədliyyə naziri Bekir Bozdağa, Ali Məhkəmənin sədri Mehmet Akarcaya və İstanbulun Baş prokuroru Şaban Yılmaza başsağlığı məktubları ünvanlayıb. Zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması barədə xəbərdən kədərləndirdiyini bildirən Baş prokuror, bu dəhşətli hadisə ilə əlaqədar Türkiyəli həmkarlarına, həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar