Zəlzələdə ölənlərin sayı 1498-ə çatdı
Mubarizciler.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Məlumata görə, zəlzələ zamanı 8533 nəfər yaralanıb, 2834 bina dağılıb. Həlak olanların sayının artacağı istisna edilmir.
***
Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 1121 nəfərə çatıb.
Mubarizciler.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Həmçinin bildirilib ki, zəlzələ zamanı 7634 nəfər isə yaralanıb.
***
16:10
Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb.
Mubarizciler.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
***
14:08
Türkiyədə baş vermiş zəlzələdə ölənlərin sayı 912 nəfərə çatıb.
Mubarizciler.az "TRT Haber"ə istinadən xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.
"Dövlətimiz zəlzələ anından etibarən bütün qurumlarla dərhal hərəkətə keçib. Bütün imkanlar səfərbər edilib. Valilərin yanına 10 vali də göndərilib. 9 min personal axtarış-xilasetmə tədbirlərini davam etdirir", - deyə Prezident bildirib.
"912 vətəndaşımız həyatını itirdi, 5385 nəfər isə yaralıdır", - Ərdoğan zəlzələ qurbanlarının sayını açıqlayıb.
Son məlumatlara görə, təbii fəlakət zamanı 2818 bina dağılıb.
Xatırladaq ki, gecə saatlarında Türkiyənin Kahramanmaraş bölgəsində 7,4 bal, Qaziantepdə isə 6,5-6,4 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət zamanı Malatya, Diyarbakır, Adana, Hatay, Kilis və Osmaniye vilayətlərində binalar dağılıb.
Xəbəri paylaş