Xəbər lenti

General: “Azərbaycandan getmiş 420 nəfərlik xilasedici heyət sonacan Türkiyədə fəaliyyət göstərəcək”

Tarix: 06-02-2023 18:22     Baxış: 1 063


“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədi ilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfər şəxsi heyəti artıq Adana şəhərinə çatıb”.

“Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinun Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov deyib.

“İlkin olaraq xilasetmə qrupu artıq Adana şəhərindədir. Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırmaq üçün hazırda hadisə yerinə yola düşürük. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri xilasetmə işlərinin son dəqiqəsinə qədər qardaş Türkiyənin yanında olcaqlar. FHN əməkdaşları zəlzələnin fəsadları tam aradan qaldırılanacan Türkiyədə fəaliyyət göstərəcəklər”, - deyə general-mayor vurğulayıb



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Bölgə
Fotosesiya
Çox oxunanlar