Xəbər lenti

Ərdoğandan zəlzələ ilə bağlı - Açıqlama

Tarix: 06-02-2023 12:08     Baxış: 1 401

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə qeydə alınan zəlzələ haqda açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə dövlət başçısı öz tviter hesabında yazıb. O, ilk olaraq Kahramanmaraşda baş verən, digər şəhərlərdə də hiss edilən zəlzələ ilə bağlı vətəndaşlara “keçmiş olsun” mesajı verib.

Ərdoğan qeyd edib ki, zəlzələdən zərər görən bölgələrə axtarış-xilasetmə qüvvələri cəlb edilib: “Bütün qurumlar işə sürətlə başlayıblar”.

Dövlət başçısı əlavə edib ki, xilasetmə işlərinə nəzarət edir: “İnşallah, yaşadığımız bu fəlakətdən ən qısa vaxtda və az ziyanla keçməyi diləyirəm”.



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Bölgə
Fotosesiya
Çox oxunanlar