Xəbər lenti
Bu gün, 13:37
 
19-08-2026, 13:50
 
18-08-2026, 14:05
 
14-08-2026, 12:31
 

Premyer Liqa: “Zirə” və “Qəbələ” hərəyə 1 xalla kifayətləniblər

Tarix: 05-02-2023 19:09     Baxış: 1 307

Azərbaycan Premyer Liqasında XXI turun daha bir oyunu keçirilib.

Mubarizciler.az-ın məlumatına görə, turnir cədvəlində “qonşu” olan “Zirə” və “Qəbələ” birincilərin meydanında üz-üzə gəliblər.

UEFA Konfrans Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizədə əsas rəqib sayılan komandaların dueli bol qollu alınıb. “Qəbələ” Rafael Utziqin erkən qolu (2-ci dəqiqə) sayəsində hesabı açsa da, çox keçmədən ev sahibləri bərabərlik topunu vurublar. Dmitrios Çantakias 14-cü dəqiqədə fərqlənib.

Tərəflər ikinci hissədə də hərəyə bir dəfə rəqib qapısına yol tapıblar. Əvvəlcə Loris Broqno 57-ci dəqiqədə bakılıları önə keçirib. Ancaq matçda son nöqtəni 77-ci dəqiqədə Felipe Santos qoyub – 2:2. Nəticədə komandalar hərəyə 1 xalla kifayətləniblər.

Hazırda “Zirə” 32 xalla turnir cədvəlinin dördüncü, “Qəbələ” isə 27 xalla beşinci pilləsində qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Kəpəz”lə “Qarabağ” heç-heçə (1:1) ediblər. Bu gün “Neftçi” – “Sumqayıt”, fevralın 6-da isə “Şamaxı” – “Turan Tovuz” və “Sabah” – “Səbail” görüşləri keçiriləcək



Xəbəri paylaş








Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam
Cop29
İdman
Şou-biznes
Maraqlı
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Bölgə
Fotosesiya
Çox oxunanlar