Ülfət Əmiraslanov: Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı yüksək səviyyədədir
Azərbaycan ilə Macarıstan arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı yüksək səviyyədədir
Azərbaycanın xarici siyasətində Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı vacib yer tutur. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindəndir. Bu ölkə Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstan Prezidenti xanım Katalin Novakın dəvəti ilə bu ölkəyə rəsmi səfəri ikitərəfli əlaqələrimizin yüksək səviyyədə olduğunu bir daha təsdiqləyir. Bu səfər Prezident İlham Əliyevin dövlət başçısı kimi Macarıstana dördüncü səfəridir. Səfərin məqsədi ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.
Macarıstan və Azərbaycan iki dost və tərəfdaş ölkə kimi bir-birini hər zaman dəstəkləyir və bu münasibətlərin konstektində qarşılıqlı əlaqələr həm ölkələrimiz üçün, həm də Avrasiya qitəsi üçün çox böyük önəm daşıyır. Əlaqələrin möhkəmləndirilməsi məqsədi ilə Azərbaycan prezidenti İlham Əliyev və Macarıstanın Baş naziri Viktor Orban Azərbaycan Respublikası ilə Macarıstan arasında genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni imzalayıblar. İmzalanan sənədlər sırasına miqrasiya, dinc məqsədlərlə kosmik tədqiqat və kosmik fəaliyyətlər, bitki karantini və bitki mühafizəsi, təbii qaz əməkdaşlığı haqqında Anlaşma Memorandumu imzalanıb. Bundan başqa “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi arasında əməkdaşlıq haqqında Protokol”, Şuşa və Macarıstanın Vesprem şəhəri arasında dostluq əlaqələrinin təsis edilməsi eləcə də, mədəniyyət, turizm, şəhərsalma, elm, iqtisadiyyat və ictimai həyatın digər sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.Genişləndirilmiş strateji tərəfdaşlıq haqqında Birgə Bəyannaməni tərəflər ikitərəfli əməkdaşlığın bütün sahələri, həmçinin beynəlxalq və regional məsələlər üzrə strateji dialoqu davam etdirməyə hazırlıqlarını ifadə edirlər. Həmçinin enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ali səviyyədə müzakirə olunan mövzular arasındadır.
Azərbaycan – Macarıstan əlaqələri etibarlı tərəfdaşlıq əlaqələrinə, mehriban dostluq münasibətlərinə söykənir. Bu baxımdan cənab Prezidentin bu səfəri iki ölkə arasında əməkdaşlığa böyük töhfə verəcək, dostluq münasibətlərimizi daha da möhkəmləndirəcəkdir.
Ülfət Əmiraslanov,
Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının fəalı
Xəbəri paylaş